Tramp: HƏMAS-a müraciət edilməlidir

Yaxın Şərq səfəri çərçivəsində Dohada qatıldığı toplantıda “Həmas mütləq həll olunmalıdır” deyən keçmiş ABŞ prezidenti Donald Tramp Qəzza üçün “ABŞ-ın buranı tutaraq azadlıq zonasına çevirməsinə” çağırıb.
Times of Israel qəzetində çıxan xəbərə görə, Yaxın Şərq turunu davam etdirən ABŞ prezidenti Donald Tramp cümə axşamı verdiyi açıqlamada 7 oktyabr 2023-cü il tarixinin “təkcə bu bölgə üçün deyil, dünya tarixinin ən pis günlərindən biri” olduğunu iddia edib.
Dohada “iş liderləri” ilə görüşdə danışan ABŞ prezidenti Əl-Əqsa tufanı əməliyyatını “indiyə qədər görülmüş ən qəddar və dəhşətli hücumlardan biri” adlandırıb.
HƏMAS-ın “mütləq həll edilməli olduğunu” deyən Tramp, İsrailin hücumları ilə viran qalan Qəzzanın gələcəyi ilə bağlı “görünüşü”ndən də danışıb:
“Biz Qəzzada çox işləyirik. Qəzza ölüm və dağıntı yerinə çevrilib. Amma ABŞ-ın işə qarışması lazımdır. Havadan çəkilən görüntülərdə demək olar ki, dayanan bina yoxdur. Xilas edəcək heç nə qalmayıb. İnsanlar dağıntılar altında yaşayır; bu qəbuledilməzdir”.
ABŞ-ın Qəzzanı “almasını” və onu “azadlıq zonası”na çevirməsini istədiyini ifadə edən Tramp, “Qəzza ilə bağlı çox yaxşı planlarım var, məncə, ABŞ bu işə qarışmalı və onu bir azadlıq zonası etməlidir. ABŞ bunu qəbul etsə, qürur duyardım” dedi.
Tramp daha əvvəl demişdi ki, ABŞ Qəzzanı alıb “Rivyeraya” çevirməlidir.
“Biz HƏMAS, İran və Husilərlə məşğul oluruq və düşünürəm ki, bu, kifayət qədər uğurlu alınıb”, – Tramp bildirib.
ABŞ-ın iki aylıq intensiv hava hücumlarından sonra bu ayın əvvəlində Ənsarullahla atəşkəs razılaşması əldə olunub. Lakin Yəmən rəsmiləri İsrailin bu müqavilənin əhatə dairəsinə daxil olmadığını bildiriblər.