Tramp İncil sataraq yüz minlərlə dollar qazanıb

Tramp İncil sataraq yüz minlərlə dollar qazanıb

ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn seçkidə Respublikaçılar Partiyasının namizədi Donald Tramp brend İncillərin satışından 300 min dollar (510 min manat) qazanıb.

Bu barədə “The New York Times” (NYT) tərəfindən dərc olunan son maliyyə hesabatında məlum olub.

Onun firma loqosu olan İncil 60 dollara (102 manat) satılır, Trampın avtoqrafı olan eksklüziv nüsxəni isə 1000 dollara (1,7 min manat) almaq olar. Məhsulun təsvirində qeyd olunur ki, bu, eks-prezidentin təsdiqini almış yeganə İncildir.

Bundan əlavə, o, “Trampa məktublar” adlı şəxsi qeydlərinin satışından təxminən 4,5 milyon dollar (7,65 milyon manat) əldə edib. Tramp həmçinin 1 milyon dollardan çox kriptovalyuta sahibi olduğunu bildirib. Hesabatda qeyd olunur ki, o, “Truth Social” platformasının ana şirkəti olan “Trump Media and Technology Group”un demək olar ki, 65%-nə nəzarət edir.

Sənədlərdə, həmçinin Trampın 50 milyon dolları (85 milyon manat) keçən maliyyə öhdəlikləri də göstərilir. Bunlara Nyu-Yorkun baş prokurorunun qaldırdığı fırıldaqçılıq haqqında mülki iddiasında girov üçün ayrılmış vəsait daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 6 =