Tramp İran məsələlərini diplomatiya yolu ilə həll etməyə ümid edir

ABŞ prezidenti Donald Tramp ümid edir ki, İranla bağlı vəziyyəti Tehrana hərbi zərbə endirmədən həll etmək olar.
Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərin İranın nüvə obyektlərinə zərbə endirməyə dəstək olub-olmayacağı ilə bağlı sualına cavab verərkən deyib.
“Ümid edirəm ki, bu həll edilə bilər. (…) İran, ümid edirəm ki, razilaşmani imzalayacaq”, – deyə o bildirib.
Bundan əvvəl “Financial Times” (FT) öz mənbələrinə istinadən yazıb ki, ABŞ-nin yeni administrasiyası Tehrana təzyiqləri artırmazdan əvvəl İranda diplomatiyaya əl atmaq istəyir.