Tramp: “İranla danışıqlarda real irəliləyiş əldə edilib”

“Birləşmiş Ştatlar İranla səmərəli danışıqlar aparıb və Tehranın nüvə proqramı məsələsində real irəliləyiş əldə edilib”.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Nyu-Cersidə aeroporta jurnalistlərə açıqlama verərkən deyib.
D.Tramp əlavə edib ki, nüvə sazişi üzrə əldə edilən real irəliləyiş may ayının 24-25-də aparılan danışıqlar zamanı əldə edilib.