Tramp Kanadanı yararsız ölkə adlandırıb

Tramp Kanadanı yararsız ölkə adlandırıb

Donald Tramp Kanadanın Birləşmiş Ştatlara arxalandığını, lakin bunun müqabilində müdafiə xərclərinə kifayət qədər vəsait ayırmadığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Ağ Ev rəhbəri fikrinin davamında Kanadanı yararsız ölkə adlandıraraq, onun öz həyat qabiliyyətinin olmadığını vurğulayıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl D.Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı adlandırmışdı. O qeyd etmişdi ki, əgər Kanada ABŞ-yə birləşərsə, bu, ölkəyə təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin təhlükəsindən qoruyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 14 =