Tramp: Lənət olsun Netanyahuya! / Mən Prezident olmasaydım, İsrail yox olardı!

Tramp: Lənət olsun Netanyahuya! / Mən Prezident olmasaydım, İsrail yox olardı!

ABŞ-ın keçmiş Prezidenti öz xatirələrinin bir hissəsində qeyd edib ki, sionist rejim qarşısında çoxlu xidmətlərinə baxmayaraq, keçmiş Baş nazirin ona qarşı etdiklərini bağışlamayacaq.

Məlumata görə, bu səhər (cümə) ivritdilli mənbələr ABŞ-ın keçmiş Prezidenti Donald Trampın sionist Valla internet saytının müxbiri Barak Ravid ilə eksklüziv müsahibəsindən parçalar dərc ediblər.

Bu yaxınlarda ABŞ-ın keçmiş Prezidentinin fəaliyyətlərindən bəhs edən “Trampın sülhü” adlı kitabı nəşr etmiş jurnalist Ravid öz kitabında Donald Trampdan aldığı eksklüziv müsahibələri qeydə alıb.

Sionist mənbələr, o cümlədən ibrani qəzeti “Yedioth Ahronoth” da Donald Trampın cümə günü verdiyi açıqlamalardan parçalar dərc edib.

Tramp deyib: “Heç kim Netanyahu üçün mənim qədər çox şey etməyib; Heç kim İsrail üçün mənim qədər işləməyib. Qolan böyük bir iş idi. Mən bunu seçkidən əvvəl etdim və Netanyahuya çox köməyim dəydi.”

Bəziləri mənə dedi ki, bu hədiyyə (Qolan) on milyardlarla dollar dəyərindədir. Bu, ona çox kömək etdi. Mənsiz Netanyahu uğursuz olardı. Mənim sayəmdə seçkidə bərabərlik qazandı.

“Əgər mən [ABŞ prezidentliyinə] çatmasaydım, düşünürəm ki, İsrailin kökü kəsiləcəkdi.” – deyə Tramp müsahibənin başqa bir hissəsində deyib.

“Ərab 48”-ə istinadən bildirilir ki,  Tramp müsahibəsində deyib: “Həqiqəti bilmək istəyirsənsə, mən hələ də İsrailin məhv edildiyini düşünürəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 3 =