“Tramp məğlub olsa, Səudiyyə yetim qalacaq”

“Tramp məğlub olsa, Səudiyyə yetim qalacaq”

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən səlahiyyətlilərinə etimadnaməsini təqdim edən İranın Yəməndəki səfiri Səudiyyə və BƏƏ mediasının Tehran və Səna arasındakı münasibətlər barədə iddialarını aldadıcı adlandırıb.

Səfir Hüseyn İrlu verdiyi açıqlama zamanı bildirib ki, ABŞ prezidenti Donald Tramp seçkilərdə məğlub olarsa, səudiyyəlilər yetim qalacaq: “Onlar Tehran və Sənanın arasını vurmaqda uğursuz oldular. Ekstremist layihələrə çox pul xərclədilər”.

İran səfiri, xüsusən də yeni prezident Yəməndəki müharibəni bitirməkdən danışıb.

Xatırladaq ki, bu yaxınlarda Sənadakı Tehranın yeni səfiri etimadnaməsini Yəmən Ali Siyasi Şurasının sədri Mehdi Məşata təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + eighteen =