Tramp Maskla danışmağa qarşı deyil

ABŞ Prezidenti Donald Tramp “SpaceX”in yaradıcısı İlon Maskla mümkün telefon danışığına etiraz etmədiyini, lakin ona zəng etməyi planlaşdırmadığını bildirib.
“Report” xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə jurnalistlərə bildirib.
“Düşünərdim ki, o mənimlə danışmaq istəyir. Bəlkə də artıq zəng vurub. Ondan zəng edib-etmədiyini soruşsanız yaxşı olar. Amma mənim buna qarşı heç bir etirazım yoxdur”, – Tramp əlavə edib.
“Maskın yerində olsaydım, belə bir söhbətə ümid edərdim”, – ABŞ Prezidenti bildirib.
Eyni zamanda Tramp Maskın zənginə cavab verib-verməyəcəyini dəqiq deməyib. O, jurnalistin sualını cavablandırarkən vurğulayıb: “Mən bunu demək istəmirəm” .
Ağ Evin mətbuat katibi Kerolayn Livitt iyunun 8-də bildirib ki, Tramp yaxın günlərdə Mask ilə danışmaq niyyətində deyil.