Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.
“Report” NBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti görüşün vaxtı ilə bağlı bunun çox tezliklə baş tutacağını bildirib.
İsrail hökuməti hələlik bu məlumatı şərh etməyib. Netanyahu son dəfə 2024-cü ilin iyulunda Prezident Cozef Baydenlə görüşmək üçün ABŞ-yə səfər edib.
Daha əvvəl İsrailin “Walla” portalı mənbələrə istinadən bildirib ki, İsrailin Baş naziri fevralın 3-dən 5-dək Vaşinqtonda səfərdə olacaq.
Yanvarın 29-da Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS ilə sazişin həyata keçirilməsini Netanyahu ilə müzakirə etmək üçün İsrailə gedəcək.