Tramp Netanyahuya: Ürəyin nə istəyirsə, onu et!

ABŞ prezidenti İsrail rejiminin Həmasla israilli məhbusların azad edilməsi ilə bağlı razılaşması barədə Netanyahuya “nə istəyirsən et” dediyini diqqət mərkəzinə çəkib.
Sizinyoun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Donald Tramp dünən axşam (16 fevral) jurnalistlərlə söhbətində Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədəki böhranın həlli üçün Rusiya-ABŞ danışıqlarında iştirak edəcəyini bildirərək Rusiya prezidenti Vladimir Putinlə görüşünün çox yaxında baş tutacağını açıqlayıb.
Donald Tramp Qəzzada atəşkəs danışıqlarının ikinci mərhələsi ilə bağlı deyib: Həmasla razılaşma İsrailin ixtiyarındadır. Amma bu addım mənimlə məsləhətləşdikdən sonra atılacaq.
Girovların azad edilməsi ilə bağlı ABŞ prezidenti Netanyahuya tam ixtiyar verdiyinə işarə edərək deyib: Mən ona nə istəyirsən et – dedim.