Tramp niyə Qəzzada atəşkəs tələb etdi?

Donald Tramp vəzifəyə başlamazdan əvvəl Qəzzada atəşkəs razılaşmasını dəstəkləyib. “The New York Times” qəzetinin yazdığına görə, bu, Trampa vəzifəsinə rəvan başlanğıc və beynəlxalq səhnədə uğur kimi təsvir edə biləcəyi nəticə verdi.
Amerikanın ” The New York Times” qəzeti Qəzzada əldə edilən atəşkəs razılaşmasının ABŞ prezidenti seçilən Donald Trampın səlahiyyət müddətinin başlaması ilə qarşılaşacağı ən narahatedici beynəlxalq münaqişələrdən birini aradan qaldırdığını bildirib.
Qəzet qeyd edib ki, bu razılaşma Tramp üçün kritikdir, çünki bu, ona vəzifəyə başlamazdan əvvəl də uğur kimi təqdim edə biləcəyi bir nailiyyət verir.
Bundan əlavə, qəzet, “Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun böyük töhfəsi ilə edilən bu razılaşma, Trampın səlahiyyət müddətinin daha az problemlə başlamasına imkan verdi” deyə qiymətləndirib.
Razılaşma elan edildikdən sonra sosial şəbəkədəki paylaşımında Tramp bunun “noyabrdakı tarixi qələbəsinin” nəticəsi olduğunu bildirib.
Qəzetin yazdığına görə, bu müqavilənin təfərrüatları prezident Co Baydenin may ayında üzərində işlədiyi razılaşmadan çox da fərqlənmirdi.
Amma prosesdən xəbərdar olan mənbələr Trampın noyabrda qələbə qazanmasının və gələn administrasiyanın bəzi üzvlərinin iştirakının prosesi sürətləndirdiyini bildirib.
Qəzet 7 oktyabr 2023-cü ildə Əl-Əqsa tufanı əməliyyatının 2024-cü il ABŞ prezident seçkiləri üçün fon yaratdığını qeyd edib.
Üstəlik, iyul ayında sui-qəsd cəhdindən sağ çıxan Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə münasibətlərinin bu müddət ərzində yaxşılaşdığı qeyd edilib.
Trampın beynəlxalq aləmdə gözlənilməz davranışının bəzi liderləri narahat etdiyi də vurğulanıb. Xatırladaq ki, Tramp aylar əvvəl “dünya onun “dəli” olduğunu bilir” deyərkən kobud ifadə işlətmişdi.
Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani dünən verdiyi açıqlamada Qəzzada atəşkəs əldə olunduğunu açıqlayıb. Nazir həm Fələstin müqavimətinin, həm də İsrail tərəfinin razılaşmanı təsdiqlədiyini açıqlayıb.