Tramp: Nüvə obyektlərinə zərbədən sonra İranla əlaqə saxlamamışam

ABŞ Prezidenti Donald Tramp, Birləşmiş Ştatlar İranın nüvə obyektlərinə zərbə endirəndən bəri Tehranla əlaqə saxlamadığını bəyan edib.
“Report” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
“ABŞ-nin keçmiş prezidenti Barak Obama “Nüvə silahına doğru yol” sazişi çərçivəsində onlara milyardlarla dollar ödəyib. İndi müddəti bitib! (Birgə Hərtərəfli Fəaliyyət Planı nəzərdə tutulur – red.). ABŞ onun nüvə obyektlərinə zərbə endirəndən bəri Tehranla danışmamışam”, – D.Tramp yazıb.