“Tramp prezident olmaq üçün çox yaşlıdır” – Kor kora “kor” deyir

“Tramp prezident olmaq üçün çox yaşlıdır” – Kor kora “kor” deyir

ABŞ prezidenti Co Bayden illik media şam yeməyində sələfi və qarşıdan gələn prezident seçkilərində əsas rəqibi Donald Tramp və onun yaşı haqqında zarafat edib.

Musavat.com xəbər verir ki, 81 yaşlı Bayden Vaşinqtondakı Gridiron klubunda “Bir namizəd çox yaşlıdır və prezident olmaq üçün əqli cəhətdən uyğun deyil. O biri oğlan isə özüməm” cümləsini işlədib.

Co Bayden oğlunun biznes əlaqələri ilə bağlı haqqında başladılan impiçment təhqiqatı barəsində də danışıb. O, Konqresdəki Respublikaçıların “başqa bir işdə uğur qazanmaqdansa, impiçmentdə uğursuzluğa düçar olacaqlarını” deyib.

“Demokratiya və azadlıq sözün əsl mənasında hücuma məruz qalır. Putin Avropada yürüş edir. Mənim sələfim ona baş əyir. “Nə istəyirsən et” deyir”, – deyə Bayden bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =