Tramp prezident olsa, Ukraynanın bir hissəsini Putinə təhvil verəcək…-“POLİTİCO”

Tramp prezident olsa, Ukraynanın bir hissəsini Putinə təhvil verəcək…-“POLİTİCO”

Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, NATO-nu şərqə doğru genişlənməkdən imtinaya məcbur edə bilər, həmçinin bəzi ölkələri Alyansın “ABŞ-ın müdafiə səxavəti və təhlükəsizlik zəmanətlərindən” məhrum edə bilər.

Nəşr qeyd edir ki, Trampın NATO ilə bağlı planlarında əsas rolu, çox güman ki, Ukraynada genişmiqyaslı müharibənin tezliklə həlli oynayacaq.

“Əvvəllər bildirilməyən Ukrayna planının bir hissəsi olaraq, ehtimal olunan Respublikaçılar partiyası namizədi NATO-nun şərqə, xüsusən də Ukrayna və Gürcüstana genişlənməmək öhdəliyi götürəcəyi razılaşmanı müzakirə edəcək və Rusiya prezidenti Putinlə Moskvanın Ukraynanın nə qədər ərazisini özünə saxlaya biləcəyi ilə bağlı danışıqlar aparacaq”,- Trampla əlaqəsi olan digər iki milli təhlükəsizlik eksperti nəşrə bildirib.

“Ümumilikdə, Trampın bu məsələlərə yeni yanaşması NATO işlərində inqilab demək olardı”,- “Politico” qeyd edir.

Aprel ayında “The Washington Post” qəzeti yazmışdı ki, Trampın ilkin planına Ukraynaya Krımı və Donbası Rusiyaya təhvil vermək üçün təzyiq göstərmək də var.

Respublikaçılar partiyasının sözçüsü Don Beykon jurnalistlərə deyib ki, Tramp  Baydenin israrlı siyasəti olan Kiyevin rusları qovmaq məqsədini rədd edir.  “O deyir ki, “Ukrayna qalib gəlsə, bunun ABŞ-a nə faydası olacaq”, – deyə Bekon bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın aparıcı müşaviri Elbridj Kolbi Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı təklifini kəskin tənqid edib.

Latviya prezidenti Edqars Rinkeviçin “Rusiya məhv edilməlidir” ifadəsinə Kolbi kəskin şəkildə cavab verib: “Rusiya məhv edilməlidir?
Onun 6 min nüvə başlığı var. Onların gözlənilən eskalasiyaya necə sevinclə yanaşmaları mənə ağılsızlıq kimi görünür…”

Trampın özü də Ukrayna ilə bağlı planlarını ictimaiyyətə açıqlamayıb, lakin kampaniya zamanı o, əsas prioritetlərindən biri kimi dəfələrlə müharibəni bitirəcəyini vəd edib.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediasında Trampın iki müşavirinin ona ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada müharibəyə son qoymaq planını təqdim etdiyi barədə məlumatlar yayılıb. Bu planda Ukraynanın yalnız Rusiya Federasiyası ilə sülh danışıqlarına başlayacağı və ərazi güzəştlərinə razılaşacağı zaman hərbi yardım alacağı bildirilib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − ten =