Tramp: Putin həbsdə olan “Wall Street Journal”ın müxbirini mənə görə azad edəcək

Tramp: Putin həbsdə olan “Wall Street Journal”ın müxbirini mənə görə azad edəcək

Donald Tramp prezident seçiləcəyi təqdirdə “Wall Street Journal”ın müxbirinin azad edilməsi ilə bağlı danışıqlar aparacağını vəd edib.

Bu barədə Tramp “Truth Social” platformasındakı hesabında bildirib.

Donald Tramp paylaşımında Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərindən Rusiyada həbsdə olan WSJ-nin müxbiri Evan Gerşkoviçin azadlığa çıxması üçün istifadə edəcəyini bildirib:

“Rusiya tərəfindən saxlanılan “The Wall Street Journal”ın müxbiri Evan Gerşkoviç seçkilərdən dərhal sonra, mən vəzifəyə başlamazdan əvvəl azad ediləcək. O, evdə, təhlükəsizlikdə və ailəsinin yanında olacaq. Rusiya Prezidenti Vladimir Putin bunu mənim üçün edəcək, başqası üçün deyil və biz heç bir şey ödəməyəcəyik”.

Xatırladaq ki, Gerşkoviç ötən il martın sonunda Yekaterinburq şəhərində casusluq ittihamı ilə həbs edilib. Həm WSJ, həm də Gerşkoviç casusluq ittihamlarını rədd edib, Ağ Ev isə ittihamı gülünc adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =