Tramp: Qəzza sakinlərinin zorakılıqdan azad bir yerdə yaşamasını istəyirəm!
ABŞ prezidenti Qəzza sakinlərini köçürmək üçün uğursuz planında israr edir.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bu gün (28 yanvar) Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə fələstinlilərin Qəzzadan Misirə köçürülməsini müzakirə etdiyini açıqlayıb.
“Axios”un xəbərinə görə, Tramp sionist rejimin Qəzzada törətdiyi soyqırımına toxunmadan iddia edib: Qəzza uzun illər cəhənnəmə çevrilib. Mən onların zorakılığın olmadığı bir yerdə yaşamalarını istəyirəm.
Tramp deyib: Misir prezidenti Qəzzada yaşayan fələstinliləri qarşılayacaq, İordaniya kralı da bunu edəcəyini düşünürəm.
İki dövlət planı ilə bağlı ABŞ prezidenti deyib: Netanyahu Ağ Evə gələndə onunla bu məsələni müzakirə edəcəyəm.