Tramp Səudiyyə Ərəbistanına gedəcək

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əlaqələrin ABŞ-a gətirdiyi iqtisadi faydalara toxunaraq, “Yəqin ki, önümüzdəki ay yarım ərzində Səudiyyə Ərəbistanına gedəcəm” deyib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, ABŞ prezidenti Donald Tramp dünən axşam (5 mart) jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşüb-görülməyəcəyi sualına cavab olaraq deyib: Mən bu ölkəyə gedəcəyəm. Amma Səudiyyə Ərəbistanına səfərimin əsas məqsədi biznes və iqtisadi maraqlardır.
ABŞ prezidenti Səudiyyə Ərəbistanına qarşıdakı 4 il ərzində 1 milyard dollarlıq Amerika məhsulu almaq təklifinə toxunaraq deyib: Onlar mənim təklifimlə razılaşdılar. Ona görə də ilk xarici səfərimdə bu ölkəyə getməyi planlaşdırıram.
O, Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətdə olduğunu və son dəfə ora getdiyində Amerika məhsullarını almaq üçün 450 milyard dollar xərclədiklərini ifadə edərək qeyd edib: Mən onlara dedim ki, indi siz daha zənginsiniz. Biz isə bu dəfə Amerika şirkətlərinə bir milyard dollar ödəsəniz, sizin ölkəyə gələcəyəm.