Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq
ABŞ prezidenti Donald Tramp Suriya, İraq və Əfqanıstandakı qüvvələrin azaldılması ilə bağlı addımların atılmasını bildirsə də Fəratın şərqində neft quyuları ilə bağlı planını açıqlayıb.
SalamNews BBC-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ötən günkü çıxışında Suriyadakı növbəti addımları haqda açıqlama verib.
Əfqanıstan və İraq kimi Suriyada da hərbi qüvvələrin azalacağını deyən ABŞ prezidenti Fəratın şərqindəki neft quyularından söz açıb və bu zəmində kürd bölmələrilə anlaşmanın əldə ediləcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Suriya hökuməti ABŞ qüvvələrinin ölkənin şərqini işğal etdiyi və ölkənin sərvəti olan neft quyularının ələ keçirildiyini bildirmişdi. Rəsmi Dəməşq məsələ ilə bağlı BMT TŞ-ə şikayət etsə də məsələ gündəmə çıxarılmayıb.