Tramp: Zelenski danışıqlara hazırdır

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olması ilə bağlı mesaj aldığını deyib.
Konqresdə danışan Tramp bildirib ki, Zelenski mesajında Ukraynanın istənilən vaxt “resurs sazişi”ni imzalamağa hazır olduğunu qeyd edib:
“Mən Ukrayna Prezidenti Zelenskidən vacib mesaj aldım. Mesajda deyilir: “Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Faydalı qazıntılar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır”.
APA-nın xəbərinə görə, Tramp bildirib ki, Rusiya ilə də ciddi müzakirələr aparıb: “Biz Rusiya ilə də ciddi müzakirələr apardıq, onlardan sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu gözəl olmazdımı? Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Müharibələri bitirmək istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, – deyə, Tramp vurğulayıb.