Trampdan Kamala Harris barədə şok sözlər: Onun İQ səviyyəsi…

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki yarışında rəqibi olan Kamala Harrisin IQ səviyyəsinin (intellekt səviyyəsi) çox aşağı olduğunu bildirib.
Bu barədə Neşvildə keçirilən “Bitkoin-2024” konfransında ABŞ-ın keçmiş prezidenti Donald Tramp danışıb.
“Bu otaqda yüksək IQ-yə malik insanlar oturub. Mən aşağı IQ olan biri ilə yarışdayam. Bu onun haqqındadır”, – deyə Tramp qeyd edib.
Bununla belə, o, Bayden haqqında danışmayacağını əlavə edib.
Harris daha əvvəl Trampla debata hazır olduğunu açıqlamışdı.