Trampdan nüvə ilə bağlı İrana növbəti xəbərdarlıq: Alternativ fəlakətlidir

Trampdan nüvə ilə bağlı İrana növbəti xəbərdarlıq: Alternativ fəlakətlidir

İyunun 12-də ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların yeni raundu keçiriləcək.

“Report”un məlumata görə, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqton hələlik Tehranın nüvə sazişi ilə bağlı təkliflərə cavabından razı deyil:

“Cümə axşamı İranla görüşümüz olacağına görə bir qədər gözləyəcəyik. İran hakimiyyəti mümkün olmayan bir şey istəyir və imtina etməli olduqlarından əl çəkmək istəmirlər. İranın uranı zənginləşdirmək hüququnun olmadığı halda buna imkan axtarır.

Hələ lazımi məqama çatmayıblar. Bunu deməyi xoşlamıram, çünki alternativ fəlakətlidir. Onlar sövdələşmə ilə bağlı fikirlərini açıqlayıblar. Bu, sadəcə olaraq, qəbuledilməzdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =