Trampın bacarıqsızlığı Amerika tarixinin ən böyük ölümlərindən birinə səbəb oldu
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ-da koronavirus qurbanlarının sayı 200 mini keçib. Covid-19-dan qlobal ölümlərin təxminən beşdəbiri bu ölkədə qeydə alınıb. 23 sentyabr Çərşənbə günü səhər etibarilə ABŞ-da 205407 nəfərin koronadan öldüyü və 7 milyondan çoxunun bu xəstəliyə tutulduğu açıqlanıb.
Prezident Donald Tramp çərşənbə axşamı yeni ölənlərin sayını elan etdikdən sonra, “Ayıbdır.” – dedi. Yaxşı nəticə göstərməsəydik, bu rəqəm 2,5 ilə 3 milyona yüksələcəkdi.
Bu arada, Prezidentliyə demokrat namizəd Co Bayden ölkədə yayılmış koronavirusun təsirlərindən danışdı:
“Donald Trampın son altı aydakı yalanları və səriştəsizliyi üzündən tariximizdəki ən böyük ölümlərdən birinin şahidi olduq. Bu həqiqi böhran Prezidentin ciddi rəhbərliyini tələb edirdi.
Tramp isə buna qadir deyildi və praktikada uğursuz oldu və bu, ABŞ-a dünyanın digər ölkələrinə nisbətdə baha başa gəldi.”