Trampın elçisinin həyasız ifadələrinə Hizbullahın reaksiyası

Trampın elçisinin həyasız ifadələrinə Hizbullahın reaksiyası

 Hizbullahın parlamentdəki fraksiyasının rəhbəri Trampın regional məsələlər üzrə nümayəndəsinin bu müqavimət hərəkatına qarşı verdiyi açıqlamaları kinli və Livanın daxili işlərinə açıq-aşkar müdaxilə kimi qiymətləndirib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Livan parlamentindəki Müqavimətə Sadiqlik fraksiyasının sədri Məhəmməd Rəəd bu gün (7 fevral) deyib: ABŞ-ın regional məsələlər üzrə nümayəndəsi Morqan Ortaqusun açıqlamaları Livanın suverenliyinə açıq-aşkar müdaxilədir və bütün diplomatik məsələlərdən kənardır.

O, Amerika rəsmisinin sözlərini İsrailin Qəzza və Livana qarşı apardığı müharibədə nümayiş etdirdiyi çirkinliklər bütün insanların terroru kimin dəstəklədiyini anlaması üçün kifayətdir.

Məhəmməd Rəəd əlavə edib: Biz xalqımızın iradəsinə, müqavimət hissini mənimsəyən xalqa və orduya güvənirik.

Qeyd edək ki, Trampın nümayəndəsi həyasız və müdaxiləçi bəyanatlarla Hizbullahın Livanın yeni hökumətində heç bir rolunun olmaması lazım olduğunu iddia edib. O, İsrailin Hizbullahı müharibədə məğlub etdiyini və buna sevindiyini də deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 6 =