Trampın Harris və üçüncü dünya müharibəsi ilə bağlı şübhəsi

Trampın Harris və üçüncü dünya müharibəsi ilə bağlı şübhəsi

 ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, dünya çox təhlükəli vəziyyətə düşüb və onun seçki yarışındakı rəqibi Kamala Harris üçüncü dünya müharibəsini dayandıra bilməyəcək.Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

“Dünya indi çox təhlükəli yerdir. Kamala ən sadə suallara belə, cavab vermək iqtidarında deyil. Bu, dəlilikdir! Əgər o, bunu edə bilmirsə, üçüncü dünya müharibəsinin bitirilməsi ilə bağlı məsələdə bizi necə təmsil edə bilər? Cavab sadədir: bilməz”, – deyə Tramp “Truth Social” səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl siyasətçi demokratik administrasiyanın ABŞ-ni üçüncü dünya müharibəsinə aparacağını bəyan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + one =