Trampın mülkündə İran və Çinlə bağlı GİZLİ SƏNƏDLƏR: “Məxfilik açılsa…”

Trampın mülkündə İran və Çinlə bağlı GİZLİ SƏNƏDLƏR: “Məxfilik açılsa…”

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat əldə edib.

Bu məlumat Trampın dərc olunmamış müsahibələrinin səkkiz saatdan çox qeydini toplayan WP redaktoru Bob Vudvordun “The Trump Tapes” adlı audiokitabında dərc edilib.

Mənbənin sözlərinə görə, sənədlərdən birində İranın raket proqramı ilə bağlı məlumatlar yer alıb. Bu məlumatların məxfiliyinin açılması ABŞ-ın və məlumatların toplanması ilə məşğul olan şəxslərin üsullarını üzə çıxara bilər. Digər sənədlərdə ABŞ-ın Çindəki kəşfiyyatının adı çəkilir.

Bir gün əvvəl Tramp sözügedən audiokitabın səs yazılarından birində Rusiyanın nüvə silahını onunla dost olmaq üçün əsaslı səbəb adlandırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − seven =