Trampın oğlu “hərtərəfli müharibəyə” çağırdı

Trampın oğlu “hərtərəfli müharibəyə” çağırdı

ABŞ-da gərginlik hər saat artır.Seçkini uduzma ehtimalı böyük olan ABŞ prezidenti Trampın oğlu Kiçik Tramp “Twitter”dəki şəxsi hesabından seçkilərin saxtalaşdırıldığını iddia edərək atası üçün “hərtərəfli müharibə” çağırışı mesajı paylaşıb.
Kiçik Tramp “Amerikanın gələcəyi üçün ən yaxşısı Donald Trampın bütün hiylə və saxtakarlığı ifşa etməkdən ötrü hərtərəfli bir müharibəyə girməsidir”, – deyə mesajda qeyd olunub.
Kiçik Tramp “Bu qarışıqlığı həll etməyin və banan respublikasına bənzəməməyin vaxtı gəldi”, – deyə əlavə edib.
“Banan respublikası” beynəlxalq siyasətdə siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan bir və ya bir neçə əkinçilik məhsulunun istehsalından və ixracatından asılı və ümumiyyətlə korrupsiya, sui-istifadə ilə iç-içə kiçik bir seçmələr qrupu tərəfindən idarə olunan ölkələri alçaldıcı mənada istifadə edilən siyasi termindir.
Kiçik Trampın mesajı qısa müddət sonra “Twitter” tərəfindən “çaşdırıcı” ola biləcəyi xəbərdarlığı edilərək, gizlədilib.
Kiçik Tramp “Twitter”dəki paylaşımlarında, həmçinin respublikaçıların atasına kifayət qədər dəstək vermədiyindən şikayətlənib.
Ancaq Tramp və yaxın ətrafının məktublarla verilən səslərdə hiyləgərlik edildiyinə dair iddialarına indiyə qədər heç bir dəlil təqdim edilməyib.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =