Trampın qələbəsi hansı ölkələrdə devalvasiyaya səbəb olacaq?

Trampın qələbəsi hansı ölkələrdə devalvasiyaya səbəb olacaq?

Amerikalı analitik Robin Bruks Donald Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə inkişaf etməkdə olan ölkələri əhatə edə biləcək “devalvasiya dalğası”nın olacağını proqnozlaşdırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Goldman Sachs-ın valyuta dühası və beynəlxalq maliyyə institutunun aparıcı mütəxəssisi Robin Brooks son vaxtlar Rusiyaya qarşı sanksiyalardan sonra ixrac axınını yaxından izləyir və Mərkəzi Asiya regionu üzrə ixtisaslaşıb. Məsələn, o, Qırğızıstana qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib, Qazaxıstan və Ermənistandakı vəziyyətə də nəzarət edir. Bruks özünün X kanalında deyib ki, Tramp seçkidə qalib gəlsə, bu, inkişaf etməkdə olan ölkələrə zərbə vuracaq “devalvasiya dalğasına” səbəb olacaq. İqtisadçıya görə, Trampın siyasəti ABŞ-ın sənaye sektorunu, həmçinin idxal rüsumlarının artırılmasını müdafiə edərkən “inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq yarada bilər”.

Beynəlxalq ekspertlər isə düşünürlər ki, Trampın qələbəsi daha çox Çini təhdid edir. Qazaxıstanlı ekspert Rəsul Rışmambetovun sözlərinə görə, Çin ABŞ-da sözün əsl mənasında hər şeyin ən böyük tədarükçüsü olduğu üçün əziyyət çəkə bilər. “Qazaxıstan isə ABŞ-la kifayət qədər təvazökar ticarət balansına malikdir. Əsasən ya biz Amerika texnologiyasını alırıq, ya da Amerika şirkətləri Qazaxıstan neftini alırlar. Bəlkə bir az da titan və uran götürəcəklər. Çox güman ki, bu işdə Trampın qələbəsi Çin, Vyetnam və bir sıra digər Avropa şirkətlərinə ən çox zərbə vura bilər”.

Ancaq orası da var ki, dünyanın bir yerində iqtisadi planda böhran yaranırsa, o digər ölkələrə, qlobal iqtisadiyyata da sirayət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =