Trampın şəxsi vəkili: “Tramp və ailəsinin qanun pozuntuları haqqında danışmaq istəyirəm”
ABŞ prezidentinin şəxsi vəkili Maykl Kohen bildirib ki, Trampın və ailəsinin qanunsuzluqları barədə ifadə vermək üçün ondan müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edilməsi istənilib və o razılaşıb.
Deyerler.org NBCNews kanalına istinadən xəbər verir ki, Maykl Kohen Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Məndən Trampın və ailəsinin sui-istifadə halları barədə ifadə verməyim üçün bir neçə dövlət qurumu ilə əməkdalıq etməyim istəndi və mən qəbul etdim. Bunu ona görə edirəm ki, Tramp və ailəsi Amerika demokratiyasını məhv etməyə çalışdılar və xoşbəxtlikdən bunda uğursuz oldular”.
O, Trampın Tvitter hesabının dayandırılmasına cavab olaraq başqa bir tvitində bunları qeyd edib: “Trampın nəfəs almağa oksigenə ehtiyacı olduğu qədər Tvitterdən də asılı olduğunu bilirəm. İndi dəli olur!”