Trampın tərəfdarları yenidən Vaşinqtonun mərkəzinə toplanıblar

Trampın tərəfdarları yenidən Vaşinqtonun mərkəzinə toplanıblar

Vaşinqtonda 3 noyabr prezident seçkilərinin nəticələrinə qarşı yeni etiraz aksiyası keçirilib. Prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün Konqresin hər iki palatasının keçirəcəyi birgə toplantı öncəsində minlərlə Tramp tərəfdarı küçələrə çıxıb.

“Tramp üçün yürüş” aksiyasının iştirakçıları təyin olunmuş yerdə bir neçə saat öncədən toplaşmağa başlayıblar. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.

İnterAz Anadolu-ya istinadən xəbər verir ki, minlərlə amerikalı Ağ evin hazırki sahibi Donald Trampı təsdiqləyən şüarlarla yürüşə qatılıb. Tramp tərəfdarlarına hazırki prezidentin keçmiş məsləhətçisi Rocer Stoun da müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 19 =