Trampın vəkilləri ittihamları təkzib etməyə çalışdılar
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın şənbə günü səhər baş tutan mühakiməsinin dördüncü günündə vəkilləri əvvəlki dinləmələrdə səsləndirilən ittihamları təkzib etməyə çalışıblar.
“The Guardianı” qəzetinin yazdığına görə, Trampın ikinci impiçmentinin nəticəsiz olacağına inanan Trampın vəkilləri, moderatorların Trampın 6 yanvar çıxışındakı sözlərini təhrif etdiklərini iddia ediblər.
Trampın vəkili Maykl Van Der Vin, “Heç bir ağlı başında olan adam, prezidentin 6 yanvar çıxışının zorakılıq və ya qiyama təhrik olduğuna inana bilməz” deyib.
O, Trampı “bütün prezidentlər arasında polisin ən böyük dəstəkçisi” olaraq xarakterizə edib və ABŞ-ın keçmiş prezidentinin, tərəfdarlarını “dinc və vətənpərvər” mitinqə dəvət etdiyini iddia edib.
Demokrat partiyasının üzvü və Trampın mühakiməsinin prokurorlarından biri olan Ceyms Raskin isə belə deyib: “Bütün bu mitinqlərdə şiddəti aydın şəkildə müşahidə etmək olar. Prezident də onları təşviq edib və buna sevinərək qürur duyub!”