Tuneldə dəhşətli yanğın: 5 ölü, 37 yaralı – VİDEO
Publika.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Qvaçeonda tuneldə yanğın baş verib. Hadisə yerinə polis, təcili yardım, 4 yanğınsöndürən maşın, 219 yanğınsöndürən və helikopter göndərilib. Alov sürətlə yayıldığı üçün ərazidən qatı tüstü qalxıb.
Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, 5 nəfər həyatını itirib, 3-ü ağır olmaqla, 37 nəfər yaralanıb. İlkin məlumata görə, yanğının avtobusla yük maşınının toqquşması nəticəsində başladığı bildirilib. Alov 2,5 saatdan sonra söndürülüb.
Publika.az