Tunis prezidenti xarici işlər nazirini istefaya göndərib

Tunis prezidenti xarici işlər nazirini istefaya göndərib

Tunis prezidenti Kais Said xarici işlər naziri Osman Cerandini vəzifəsindən azad edərək, onun yerinə ölkənin Avropa İttifaqı və Belçikadakı keçmiş səfiri Nabil Əmmarı təyin edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Prezident administrasiyasının xarici işlər nazirinin istefası ilə bağlı bəyanatında Cerandinin vəzifədən azad edilməsinin səbəbi göstərilməyib.

Qeyd olunub ki, Tunis prezidenti 2021-ci ilin sonunda parlamenti buraxdıqdan sonra nazirlərin əksəriyyətini dəyişsə də, Cerandini vəzifəsində azad etməmişdi.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =