Tunisdə komendant saatının müddəti uzadılıb
Tunis hakimiyyəti ölkədə komendant saatı müddətini 15 yanvar tarixinı qədər uzadır.
Trend-in Tass-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın səhiyyə naziri Fauzi Mehdi deyib.
Komendant saatı saat 20:00-dan 05:00-a qədər tətbiq edilir. Bu tədbirlə yanaşı, Elmi Komissiyanın təşəbbüsü ilə “Yeni il” şənliklərinin keçirilməsinə qadağa, ölkə əyalətləri arasında hərəkət məhdudiyyətləri qoyulur, ictimai yerlərdə məcburi maska rejimi və sosial məsafəni qorumaq tələbi saxlanılır.
Məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarət regional orqanlara həvalə edilib.
Tunis Səhiyyə Nazirliyinin son məlumatlarına görə, epidemiyanın başlanğıcından respublikada 123.323 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, virusun törətdiyi xəstəliklərdən 4.237 nəfər ölüb.