Tunisdə ordu nümayişçilərə qarşı silahdan istifadə etdi

Tunisdə ordu nümayişçilərə qarşı silahdan istifadə etdi

Tunis milli ordusunun bölmələri etirazçıların Kasserin əyalətindəki TransTunis boru kəməri xidmət şirkətinin ofisini ələ keçirməsinin qarşısını almaq üçün atıcı silahlardan istifadə etmək məcburiyyətində qalıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə “Business news” xəbər verib.

Bildirilir ki, ölkədə pisləşən iqtisadi vəziyyətə qarşı etirazçılar və yerli hakimiyyət nümayəndələri arasında aparılan danışıqların uğursuzluğundan sonra bölgədə yeni gərginlik yaranıb.

Nümayişçilər yanan təkərlərlə yolları bağlayiblar və ərazini qorumaq üçün növbətçi hərbi qulluqçulara qarşı daş və molotof kokteyllərindən istifadə edərək qaz şirkətinin ofisinə basqın ediblər. Təcavüzkar izdihamı sakitləşdirmək və dağıtmaq üçün hərbçilər havaya xəbərdarlıq atəşi açmalı oldular.

Toqquşmalar nəticəsində iki hərbçi yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =