Tunislilər İsraillə normallaşmanı qeyri-qanuni hesab etməyə çağırıblar

Tunislilər İsraillə normallaşmanı qeyri-qanuni hesab etməyə çağırıblar

İraqdan sonra tunislilər də hökumətdən sionist rejimlə münasibətlərin normallaşdırılmasını qeyri-qanuni saymasını istəyiblər.

Tunis Milli Vəkillər Kollegiyası Tel-Əvivin Fələstin xalqına qarşı gündəlik təcavüzünü pisləməklə yanaşı, öz ölkələrinin hakimiyyət orqanlarını aydın və şəffaf qanun vasitəsilə sionist rejimlə münasibətlərin normallaşdırılmasını cinayət hesab etməyə çağırıb.

Əl-Məyadin xəbər kanalıının məlumatına görə, Tunis qurumu bir bəyanatda deyib: Vəkillər Kollegiyası sionist düşmənlə normallaşmanın bütün forma və üsullarını rədd etmək üzrə öz daimi mövqeyini bir daha bəyan edir və hakimiyyət orqanlarını açıq-aşkar qanuni vasitələrlə bu prosesi cinayət hesab etməyə çağırır.”

Tunis Vəkillər Kollegiyası əlavə edib: Biz sionist rejimin Fələstin ərəb millətinin övladlarına qarşı gündəlik təcavüz və hücumlarını ciddi şəkildə təqib edir və bunun davam etməsinin şahidi oluruq.

Bu qurumun bəyanatında deyilir:

“Bu hücumlar və təcavüzlər analoqsuz şəkildə və tam məlumatsızlıqla həyata keçirilir və bütün beynəlxalq dəyərlərin pozulmasıdır. Təcavüzlər utancverici ərəb və islam sükutu ilə müşayiət olunur.”

Tunisli hüquqşünaslar bu bəyanatda Qərbin xalqların hüquqlarını müdafiə edən ikili mövqeyini rədd edərək deyiblər: Sionist rejimin Məscidül-Əqsaya davam edən hücumları işğal altındakı Fələstində gərginliyi artırıb və ərəb dünyası və bütün dünya müsəlmanlarının emosiyalarınn təhrikinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + thirteen =