Turhan: “İsrailə gedən Neft xətti bağlanmasa, etirazlara başlayacağıq!”

Turhan: “İsrailə gedən Neft xətti bağlanmasa, etirazlara başlayacağıq!”

7 oktyabr 2023-cü il tarixindən Qəzzada məzlum insanları hədəfə alan İsrail rejimi qeyri-insani qırğınlarını davam etdirərkən, dünya ölkə rəhbərləri susur və xalqların isə reaksiyaları artır.

Səadət Partiyası davamlı olaraq Türkiyənin İsraillə ticarətini kəsməli olduğunu vurğulasa da, təəssüf ki, hökumət 2023-cü ildə başlayan zülmlərdən sonra 2024-cü ilin mayında ticarəti dayandırmaq qərarına gəldiyini açıqladı.

Ticarətin dayandığı açıqlansa da, digər ölkələrin davam edən ticarətinin Türkiyə üzərindən aparıldığı ortaya çıxıb.

Məsələ ilə bağlı Anadolu Gənclik Dərnəyinin (AGD) sədri Salih Turhan “X” sosial media platformasında Türkiyə üzərindən işğalçı İsrail rejiminə gedən neftlə bağlı yazılı paylaşım edib.

“Onu da ictimaiyyətin nəzərinə çatdırırıq ki, Türkiyə üzərindən İsrail rejiminə gedən neft klapanı bağlanmasa, biz Anadolu Gənclik Dərnəyi olaraq ölkəmizin hər yerində aksiyalara başlayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + five =