Türk gəncləri sionist bayraqlarını endirərək yandırıb-Foto/Video

Türk gəncləri sionist bayraqlarını endirərək yandırıb-Foto/Video

Bir qrup türk gənci İsrail Prezidentinin ölkəyə daxil olma ərəfəsində küçələrdə sionist rejimin bayraqlarını yandırıblar.

Türkiyə mənbələri çərşənbə axşamı Türkiyədə bir qrup gəncin sionist rejimin bayraqlarını endirərək onları yandırması barədə məlumat yayıb.

İslami Təhlil internet saytının məlumatına görə, Anadolu Gənclər Birliyinin bir qrup üzvü sionist rejimin rəhbəri İshaq Hersoqun qarşılanması üçün səkilərdən asılan sionist rejim bayraqlarını endirib.

Yayımlanan görüntülərə görə, bu türk birliyinin üzvləri bayraqları endirdikdən sonra küçədə onları yandırıb və yerinə Fələstin bayraqlarını taxıblar.

Etirazçılar “Allahu Əkbər”, “İsrailə ölüm” və “Amerikaya ölüm” şüarları səsləndirərək, Hersoqun səfərindən ikrah hissi duyduqlarını bildiriblər.

Ankaranın məlumatına görə, İsrail Prezidenti Hersoq bu gün (çərşənbə-martın 9-u) Ankaraya iki günlük rəsmi səfər edəcək və Türkiyə Prezident sarayında qarşılanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =