Türkiyə 15 may tarixindən etibarən bəzi ölkələrdən gələnlərdən PCR testi tələb etməyəcək

Türkiyə 15 may tarixindən etibarən bəzi ölkələrdən gələnlərdən PCR testi tələb etməyəcək

15 may tarixindən etibarən Türkiyə Ukraynadan və bir sıra digər ölkələrdən gələn sərnişinlərdən koronavirus üçün PCR testləri tələb etməyəcək.
Bu barədə Türkiyə Hava Yollarının (THY) açıqlamasında deyilir.

İnternet saytında yerləşdirilən açıqlamada, Türkiyə Mülki Aviasiya İdarəsinin Türkiyəyə gələn əcnəbilər üçün qaydalarda bəzi dəyişikliklər etdiyi qeyd edilir.

“30 dekabr 2020-ci ildən etibarən 6 yaşdan yuxarı sərnişinlər (dənizçilər və tranzit sərnişinlər istisna olmaqla) Türkiyəyə gələrkən yola düşmədən 72 saat əvvəl mənfi PCR testindən keçməli idi. 15 May 2021-dən Honq Konq, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, İngiltərə, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan gələn sərnişinlərdən PCR testi tələb edilməyəcək”, açıqlamada deyilir.

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 18 =