Türkiyə ABŞ-ın xain planını necə pozdu? -ŞOK DETALLAR

Türkiyə ABŞ-ın xain planını necə pozdu? -ŞOK DETALLAR

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Türkiyə Ordusunun İraqın və Suriyanın şimalında başlatdığı anti-terror əməliyyatlarının pərdəarxası məqamlarından danışan politoloqun fikrincə, ABŞ-ın planına əsasən, dörd dövlət parçalanmalıdır:

“Söhbət Suriya, İran, İraq və Türkiyədən gedir. Əgər Amerikanın nəzərdə tutduğu dövlət yaradılarsa, o zaman Türk Dövlətləri Təşkilatının bütün layihəsi batacaq. Yəni Birləşmiş Ştatlar çox hiyləgər və fitnəkar bir layihə hazırlayıb. Həmin kürd dövləti Bağdadın şimalından başlayır və Ermənistan sərhədinə qədər gəlib çıxır. Bu da o deməkdir ki, Azərbaycanla Türkiyənin quru əlaqələri kəsilir. Vidro Vilsonun layihəsi kimi çox şərəfsiz bir projedir. Bu layihə üzə çıxandan sonra Türkiyənin anti-terror əməliyyatları keçirməkdən başqa şansı qalmadı”.

Ekspert bildirib ki, Ankara İraqın və Suriyanın şimalında bu addımı atmaq məcburiyyətindədir:

“Türkiyənin milli təhlükəsizlik konsepsiyasında onun ərazi bütövlüyü hər şeydən öncə gəlir. Bu, həm də onların hərbi doktrinasında öz əksini tapıb. Ona görə də, Ankara öz qanunvericiliyinə uyğun addımlar atır. Türkiyə öz sərhədində təhlükəsizlik və bufer zona yaratmaq səlahiyyətinə malikdir. Türkiyə 30 kilometrlik sərhəd zolağı yaratmaq istəyir. Söhbət təhlükəsizlik zonasından gedir. Rusiya bu məsələdə ona görə səssiz qaldı ki, burada Kremlin maraqları tapdanmır. Türkiyənin ərəblər yaşayan Hatay bölgəsinə yaxın ərazidə Rusiyanın hərbi bazaları yerləşir. Hal-hazırda orada Türkiyə üçün hər hansı hərbi baza problem yaratmır. Çünki indi Ankara-Moskva münasibətləri çox yüksək səviyyədədir. Amma ABŞ 4 ölkəni parçalamaq planından başqa da layihələr həyata keçirir. Təkcə İranın və Yunanıstanın əli ilə gerçəkləşən təxribatları nəzərdə tutmuram. Yəni Türkiyənin üzdəki düşmənləri ilə müqayisədə, arxadakı düşmənləri daha təhlükəlidir. Türkiyəyə qarşı ABŞ-Fransa-İran üçlüyü hərəkətlənib. Yunanıstan və Ermənistan da bu prosesə qoşulub. Sonuncuların o qədər gücü olmasa da, fitnə-fəsadla məşğuldurlar”.

Cümşüd Nuriyev bildirib ki, ABŞ Türkiyənin özünü də bu oyunlara cəlb etməyə çalışır:

“Amma Türkiyə qabaqlayıcı tədbirlərini gördü. Amerika da fakt qarşısında qaldığı üçün susmağa məcbur oldu. Eyni zamanda, ABŞ Rusiyanın mövqeyini görəndən sonra Ankaraya heç nə deyə bilməyəcək. Türkiyənin yürütdüyü ağıllı siyasət Rusiyanı və ABŞ-ı susmağa məcbur etdi. Bu siyasət Moskvanı Ankaranın dostu etdi, o birini isə susdurdu. Uzağı bir neçə günə Türkiyə anti-terror əməliyyatlarını uğurla başa çatdıracaq. Nəzərə alaq ki, Türkiyənin daxilində CHP və HDP kimi iki anti-milli partiya var. Onlar seçki öncəsi Türkiyəni qarışdırmaq istəyirlər. Türkiyə onlara bu şansı verməyəcək. İyun ayında seçkilərdir. Türkiyə bu məsələdən də alnıaçıq çıxacaq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − five =