Türkiyə altıtərəfli əməkdaşlıq formatını təklif etdi

Türkiyə altıtərəfli əməkdaşlıq formatını təklif etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderinin müavini Numan Kurtulmuş, Ankaranın İranla Qafqaz üçün altı tərəfli əməkdaşlıq formatını yaratma mövzusunda ciddiliyini vurğulayıb.

Çərşənbə günü Azərbaycanın Gəncə şəhərinə səfərdən və Prezident İlham Əliyev də daxil olmaqla Azərbaycan rəsmiləri ilə görüşdən sonra Kurtulmuş Ankara ilə Bakı arasında əlaqələrin daha da gücləndirilməsinə çağırıb.

Daily Sabah qəzetinin yazdığına görə, o, Türkiyə və Azərbaycan prezidentlərinin Qafqazda və Dağlıq Qarabağ bölgəsində sülh üçün altı tərəfli əməkdaşlıq formatı barədə təklifinə işarə edərək deyib: “Biz bölgə ölkələri olan Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Gürcüstanın öz fikir ayrılıqlarını həll edə biləcəkləri bir mühitin yaradılmasında ciddiyik.”

Bu Türkiyə rəsmisi həmçinin belə əlavə edib: “Biz bölgə ölkələri olaraq, problemlərimizi bir-birimizlə həll etmək istəyirik və bölgəyə daxil olmayan ölkələrə bölgəyə müdaxilə etmək üçün heç bir yer verməyəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + eight =