Türkiyə Amerika əsgərlərinin varlığına etiraz edir

Türkiyə partiyalarından birinin dəvəti ilə İzmir şəhərində Amerika əleyhinə aksiya keçirilib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, türk xalqı bazar ertəsi günü ( 1 sentyabr) Amerika hərbi gəmisinin Türkiyənin üçüncü ən sıx şəhəri yaxınlığına gəlməsi ilə etiraza qalxıb.
Məlumata görə, bu aksiya Türkiyə Kommunist Partiyasının dəvəti ilə İzmirin liman şəhərində keçirilib. Etiraz aksiyaçıları “yanki, evə get” şüarı ilə Amerika qoşunlarının Türkiyədən çıxarılmasını tələb ediblər.
Bundan əlavə, əllərində Fələstin bayraqları tutan etirazçılar Amerikanın sionist rejimə hərbi dəstəyinə görə fələstinli qardaşlarının müdafiə edəcəklərini vurğulayıblar.
Associated Pressin məlumatına görə, türk gəncləri bu hərftə keçiriləcək Amerika-Türkiyə hərbi təlimlərinə də etirazlarını elan ediblər.
Qeyd edək ki, bu həftə Amerika-Türkiyə hərbi təlimləri məqsədilə ABŞ-ın USS WASP hərbi gəmisi sentyabrın 1-də Aralıq dənizinə daxil olub.