Türkiyə aviasiyası İraqın şimalında bir neçə kəndə hücum edib

Türkiyə aviasiyası İraqın şimalında bir neçə kəndə hücum edib

Məlumatlı mənbələr Türkiyənin İraqın şimalında yerləşən Dohuk vilayətinin bir neçə kəndinə hava hücumu etdiyini bildirib.

İraqın Kürdüstan bölgəsindəki Dohuk vilayətindəki yerli məlumatlı mənbə Türkiyənin bu vilayətin bir neçə kəndinə hava hücumu təşkil etdiyini deyib.

Bu mənbə İraqın “Əl-Məlumə” xəbər saytına müsahibəsində bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələri Dohuk vilayətinin Əl-İmadiyyə şəhərinin Mətin dağında yerləşən kəndlərini bombalayıb.

O, əlavə edib: Türkiyə təyyarələri Mətin dağının yamaclarında yerləşən kəndləri hədəfə alıb və bu hücumda itkilərin miqdarı hələlik məlum deyil və bu təyyarələr hələ də qeyd olunan ərazilər üzərində uçuşları davam etdirir.

Dünən İraq media mənbələri İraqın Kürdüstan bölgəsində yerləşən Süleymaniyyə vilayətində türk pilotsuz təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb və Türkiyəyə məxsus pilotsuz təyyarənin Süleymaniyyə vilayətinin Qaladiz dağ silsiləsində qəzaya uğradığını yazıb.

Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə mübarizə aparmaq üçün Şimali İraqda hərbi varlığa malik olduğunu iddia edir. Lakin Bağdad hökuməti bu mövcudluğu işğal və İraqın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

İraq sonuncu dəfə avqustun 1-də Türkiyənin Dohuk vilayətindəki kurorta hücumu zamanı 9 nəfərin ölməsi və 23 nəfərin yaralanmasından sonra, Təhlükəsizlik Şurasına şikayət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =