Türkiyə bir sıra ölkələrin səfirlərini XİN-ə çağırdı
Türkiyə 10 ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu məlumatı “Anadolu” agentliyi yayıb. XİN-ə ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa , Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirlərinin çağırıldığı bildirilib.
Səfirlərin XİN-ə onların sosial şəbəkədə Osman Kavalanın həbsiylə bağlı paylaşdıqları statusa görə çağırıldıqları vurğulanıb. Belə ki, onlar Kavalanın həbsinin Türkiyədə hüququn aliliyi və demokratiyanı kölgə altında qoyduğunu bildiriblər.
Qeyd edək ki, Kavala 2016-cı ildə FETÖ terror təşkilatı ilə əlaqəyə girərək, dövlət çevrilişinə cəhddə iştirak etdiyi üçün həbs edilmişdi.
Report