Türkiyə: Biz İsraillə əlaqələri inkişaf etdirməyə hazırıq

Türkiyə: Biz İsraillə əlaqələri inkişaf etdirməyə hazırıq

Türkiyənin xarici işlər naziri bəyan edib ki, Ankara sionist rejimlə ikitərəfli əlaqələri və əməkdaşlığı bütün səviyyələrdə gücləndirməyə və inkişaf etdirməyə hazırdır.

Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində gələn ay işğal altındakı ərazilərə səfər etmək planlarını açıqlayıb.

 “Russia Today”-in məlumatına görə, Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara Təl-Əvivlə daimi əlaqələr qurmağa çalışır.

Münasibətlərimiz 1949-cu ildən bəri enişli-yoxuşlu olub. Mən sizə deyə bilərəm ki, bu, ikitərəfli münasibətlərimizdəki problemlərə görə deyil, Fələstinin hüquqlarının pozulmasına görədir.

Biz İsrailin davamlı münasibətlərə malik olması üçün Fələstin məsələsində beynəlxalq hüquqa hörmət etməsini gözləyirik.

O, İsrail Prezidenti İshaq Hersoqun Ankaraya rəsmi səfərini və İsrailin baş naziri Naftali Bennetin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını xatırladaraq deyib: “İndi əlaqələrimizdə yeni inkişaflar var.”

Yüksək rütbəli sionist rəsmisinin son səfərindən on illər sonra İsrail Prezidenti İshaq Hersoq Türkiyə rəsmiləri ilə görüşmək üçün ötən mart ayında Ankaraya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =