Türkiyə: Bodrum-Marinada partlayış! (Video İzlə)

Türkiyə: Bodrum-Marinada partlayış! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Muğlanın Bodrum rayonunda yanacaq doldurmaq üçün marinaya yanaşan yaxtada güclü partlayış baş verib. Hadisə yaxtanın yanacaq doldurduqdan sonra dənizə açılmağa hazırlaşdığı an baş verib.

Partlayış nəticəsində 2-si yaxtada, 1-i marinada yanacaq dolduran işçi olmaqla, ümumilikdə 3 nəfər yaralanıb. Yaralılardan biri ayaq sınığı səbəbilə əməliyyata alınıb, digərlərinin sağlamlıq vəziyyəti sabit olaraq qiymətləndirilir.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis qrupları göndərilib. Yaralılar Bodrum Dövlət Xəstəxanasına çatdırılıb və müalicələri davam edir. Partlayışın səbəbi hələ müəyyən edilməyib, lakin aidiyyəti qurumlar hadisə ilə bağlı geniş araşdırmaya başlayıblar. Ərazidəki təhlükəsizlik kameraları partlayış anını qeydə alıb. Kadrlarda, yaxta kapitanının halatları açaraq mühərriki işə salmağa hazırlaşdığı anda güclü partlayışın baş verdiyi görünür.

Rəsmi qurumlar marina və dənizçilik sahəsində fəaliyyət göstərənlərə yanacaq doldurma zamanı təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı xəbərdarlıq ediblər. Hadisədən sonra Bodrum Marina-da təhlükəsizlik tədbirləri gücləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 6 =