Türkiyə ciddi iqtisadi böhranla üz-üzədir – Çavuşoğlu
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu gün xalqımız yüksək inflyasiya, qiymətlərin qalxması və yaşayış xərclərinin artması ilə üz-üzədir. Biz bunu inkar etmirik, bunlar faktlardır. Amma belə böhranlar bütün dünyaya dərindən təsir edir”, – Çavuşoğlu bildirib.
Çavuşoğlu ölkə müxalifətini iqtisadi böhrandan sui-istifadədə ittiham edib.
Publika.az