Türkiyə Fələstinə görə 3 günlük matəm elan etdi: Ərdoğan tvitlə bildirdi

Türkiyədə üç günlük milli matəm elan edilib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsində paylaşım edib.
Rəcəb Tayyib Ərdoğan yazıb: “Türkiyə olaraq fələstinli qardaşlarımızın yaşadığı böyük acıları ürəyimizdə hiss edirik. Çoxu uşaq və mülkilərdən ibarət olan minlərlə şəhidimizə duyduğumuz sayğının gərəyi olaraq ölkəmizdə 3 günlük milli yas elan edilmişdir”.
Qeyd edək ki, qərar artıq milli qəzetdə də yayımlanıb və rəsmi olaraq ölkədə 3 günlük milli matəm elan olunub.
