Türkiyə Gürcüstanla enerji sahəsində əməkdaşlığı gücləndirir
Gürcüstan və Türkiyə arasında energetika sahəsində əməkdaşlıq haqqında sazişə əlavə protokol imzalanıb.
Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Sənədi “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) adından Gürcüstan səfiri Giorgi Cancğava və Türkiyənin Elektrik Enerjisi Korporasiyasının (EÜAŞ) icraçı direktoru İzzət Alagöz imzalayıblar.
Protokol iki ölkə arasında həyata keçirilən elektik enerjisinin idxalı və ixracı üzrə əməliyyatların asanlaşdırılmasını nəzərdə tutur.
İmzalanma mərasimində iştirak edən Türkiyənin energetika və təbii resurslar nazirinin müavini Abdullah Tancan iki ölkə arasında həm energetika, həm də müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib.
Görüşdən sonra tərəflər Gürcüstan nümayəndə heyətinin yaxın zamanlarda Ankaraya işgüzar səfər etməsi ilə bağlı razılığa gəliblər.
Report