Türkiyə iki il gərgin münasibətlərdən sonra İsrailə yeni səfirini təyin edib – KİV

Türkiyə iki il gərgin münasibətlərdən sonra İsrailə yeni səfirini təyin edib – KİV

Türkiyə 2018-ci ildə səfirini geri çağırsa da son günlərdə İsrailə yeni səfir təyin edib.

SalamNews bu barədə Al-Monitor -a istinadla xəbər verir.

Bildirilib ki, İsraildə bir çox rəsmi və qeyri rəsmi mənbələr son zamanlarda Təl-Əvivlə Ankara arasında danışıqlar kanalının yaranmasından və bunun nəticələrindən biri olaraq Təl-Əvivdə yeni səfirin təyin edilməsindən söz açıblar.

Əlavə edilib ki, iki il münasibətlərin gərgin qalmasından sonra Türkiyə Ufuk Ulutas adlı diplomatı Təl-Əvivə səfir olaraq göndərəcək.

Məlumata görə Ufuk Ulutas Türkiyə XİN-də Strateji Araşdırmalar Mərkəzinin sədri vəzifəsində çalışıb, ivrit və ərəb dillərini bilir və fələstinlilərə yaxındır.

Qeyd edək ki, Türkiyə, Qüdsün İsrailin paytaxtı elan edilməsi və ABŞ səfirliyinin Təl-Əvivdən bura köçürülməsindən sonra səfirini geri çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − eight =