Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirib

Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi olan TRG-230-PUA Bayraktar AKINCI Taarruzi pilotsuz uçuş aparatından buraxılıb.
APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bayraktar AKINCI Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi hədəfi 100 km-dən çox dəqiqliklə vurub.
Məlumata görə, Çorludakı Baykar Təsislərindən havaya qalxan AKINCI TPUA TRG-230-UAV raketi Sinop sahillərindən 25 min metr yüksəklikdən vurub.
Beləliklə, SPUA-lar TPUA-dan buraxıldıqdan sonra havada avtonom şəkildə atəş açmaq və qısa müddətdə kritik hədəflərə səsdən yüksək sürətlə hərəkət edə bilir.
20 kilometrdən 150 kilometrə qədər mənzilə malik olan TRG-230-UAV raketi dəqiqliklə hədəfə çatır.
Bu buraxılış Türkiyədə havadan quruya atılan ilk səsdən sürətli ballistik raketdir.
Apa.az